Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərinin növbəti təmir olunacaq küçəsində sakinlərlə görüş

18 may 2018 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramı”na uyğun olaraq  Ağstafa şəhər küçələrinin yenidən qurulması və rayonun bütün yaşayış məntəqələrində olan çoxmənzilli yaşayış binalarının təmir-bərpası istiqamətində tədbirlər uğurla icra olunmaqdadır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun məsul şəxsləri ilə birlikdə mütəmadi olaraq təmir olunacaq küçə və binalara yerində baxış keçirir, orada yaşayan sakinlərlə görüşərək onları narahat edən məsələləri  öyrənir.  İcra başçısı Ağstafa şəhərində növbəti təmir olunacaq İlham Həsənov küçəsində və orada yerləşən çoxmənzilli kommunal yaşayış binalarına baxış keçirdi. İcra başçısı küçədə yaşayan sakinlərə bildirdi ki, yaxın günlərdə İlham Həsənov küçəsində təmir-tikinti işlərinə start veriləcəkdir. Digər yenidən qurulmuş şəhər küçələri kimi bu küçəyə də yeni asfalt qatı qoyulacaq, sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün piyada səkiləri düzəldiləcək, bardurlar qoyularaq yerə brusçatka tipli dekorativ daş düzüləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq,  kommunikasiya xətləri səliqəyə salınacaqdır. Həmçinin kommunal yaşayış binasının dam örtüyü dəyişdirilərək binada təmir-bərpa işləri həyata keçiriləcəkdir. Sakinlər son illər Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərinə və onların yaşadığı küçədə aparılacaq təmir işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. Görüşdə sakinlərin müraciət və irəli sürdükləri təklifləri qəbul edən İcra başçısı məsələlərinin operativ qaydada həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlarını verdi.

 

Keçidlər