Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada barama tədarükü tədbirləri uğurla icra olunur

20 iyun 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi olan baramaçılıq sahəsi uğurla inkişaf etdirilir. Hazırda rayonda fəaliyyət göstərən ipək qurdlarının yetişdirilməsi məntəqələrində barama tədarükü istiqamətində işlər sürətlə davam etdirilir. Ağstafalı kümçülər “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladıqları müvafiq müqaviləyə uyğun olaraq  gündəlik tədarük etdikləri baramanı qurumun rayona ezam olunmuş nümayəndələrinə təhvil veririrlər. Tədarük prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.
Ötən illərdə olduğu kimi bu il də Qax rayon Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu qutuları bu sahə ilə məşğul olmaq istəyənlərə pulsuz paylanılmışdır. Cari ildə ağstafalı kümçülərə 104 qutu ipək qurdu toxumu paylanılmışdır. Bu il Ağstafada  4,0 tondan artıq barama məhsulunun əldə olunması nəzərdə tutulur. Hər ötən ildə həm kümçülərin təcrübələrinin artması, həm  daha münbit şəraitin yaradılması və həm də bu sahədə çalışmaq istəyənlərin sayının artması onu deməyə əsas verir ki, növbəti illərdə bu rəqəmlər artan dinamika ilə inkişaf edəcəkdir.

Keçidlər