Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

21 iyun 2018 | 11:00

Bu gün  Ağstafa rayon Mədəniyyət Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Forumda Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktor vəzifəsini icra edən Arif Vəliməmmədov, Fondun əməkdaşları, yerli sahibkarlar iştirak ediblər. Forumun əsas məqsədi sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsindən ibarətdir. 150-yə yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, müvafiq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Forumda müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 34 sahibkara 423 min manat güzəştli kredit verilib.
Kreditlər heyvandarlıq, quşçuluq, kartofçuluq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması imkanı yaranacaq. İndiyədək Ağstafa rayonundan olan 596 sahibkara 8,4 milyon manat güzəştli kredit ayrılıb. İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Ağstafa rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin maliyyələşdirilməsi, iri taxılçılıq, kartofçuluq, üzümçülük, arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Tədbirdə özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Ümumilikdə, verilən kreditlər də daxil olmaqla, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 258,5 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Ağstafada dövlətin güzəştli krediti ayrılan tikinti materialları istehsalı müəssisəsində aparılan işlərə baxış keçirilib. Müəssisə ildə 142 min kvadratmetr dam örtükləri və 44 min kvadratmetr fasad kərpici istehsal gücünə malik olacaq.
Qeyd edək ki, son illər müasir texnologiyaların tətbiqinə əsaslanan 28 tikinti materiallarının istehsalı müəssisəsinə 90,2 milyon manat dövlətin güzəştli krediti verilib.

 

Keçidlər