Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Gününə həsr olunmuş peyntbol üzrə rayon birinciliyi keçirilib

26 iyun 2018 | 11:00

Azərbaycan Silahlı Qüvvələrinin  100 illik yubilyei münasibəti ilə Ağstafa rayonunda keçirilən sislsilə tədbirlər çərçivəsində Ağstafa Atıcılı və Peyntbol Mərkəzində rayon birinciliyi keçirilib. 8 komandanın iştirakı ilə keçirilən yarışda Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yarış iştirakçıları ilə görüşərək onlara uğurlar arzu edib. İcra başçısı qeyd edib ki, olimpiya standartlarına cavab verən Ağstafa Atıcılıq və Peyntbol Mərkəzi dövlət başçımız cənab İlham Əliyevin ağstafalı gənclərə etdiyi əvəzsiz hədiyyədir. Bu mərkəz rayonun yeniyetmə və gəcnlərinin asudə vaxtlarının səmərələri keçirilməsi ilə bərabər onlara hərbi vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qalib komandalar müvafiq diplomlarla təltif olunublar.

Keçidlər