Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində fəaliyyət göstərən məsciddə aparılan abadlıq, səliqə-səhman işləri ilə tanışlıq olub

27 iyun 2018 | 11:00

Ölkəmizdə dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun fəaliyyət göstərməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıbdır. Bu münasibət həm ənənəvi və tariximizə bağlı olan İslam dininə, həm də digər dünyəvi dinlərin nümayəndələrinə göstərilir.  Azərbaycanın bütün bölgələrində məscidlər tikilib, təmir edilibdir. Eyni zamanda,  Azərbaycanda dini inanclı insanların dünyanın müxtəlif müqəddəs yerlərini ziyarət etməsi üçün də yüksək şərait yaradılıbdır.
Ağstafa rayon İcra hakimiyyətinin başçı Məhərrəm Quliyev rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə Ağstafa şəhəri İmam Əli “Cümə” məscidinin həyətində aparılan abadlıq, səliqə-səhman işlərinə nəzər salıb, binadakı mövcud şəraitlə yaxından tanış olub.

 

Keçidlər