Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN POLİSİNİN 100 İLLİK YUBİLEYİ AĞSTAFA RAYONUNDA QEYD OLUNDU

02 iyul 2018 | 11:00

Bu gün Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis Şöbəsinin şəxsi heyəti, eləcə də polisdə xidmətlərini uğurla başa vurmuş bir qrup təqaüdçülər iştirak edirdilər. İlk öncə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb xatirəsinə ehtiramlarını bildirdilər. Ağstafa rayon Polis Şöbəsinin şəxsi heyəti qarşısında tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, bu əlamətdar gün münasibəti ilə hər bir kəsi təbrik etdi. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Zəngin tarixi təcrübəsi olan Azərbaycan polisi öz peşə bayramını 1998-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd edir. Ulu Öndər  ölkəmizin ictimai sabitliyinin qorunub saxlanmasında cinayətkarlıq hallarının qarşısının alınmasında Daxili İşlər Orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib. Daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi intizamın güclənməsi, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.
Daha sonra təqaüddə olan keçmiş polis əməkdaşı Elbrus Qələmçəli çıxış edərək Azərbaycan polisinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.

 

Keçidlər