Şriftin ölçüsü :

Saytın rəngi :

“Bu gün gərək hər anımız vətən desin” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib

20 iyul 2018 | 11:00

20 ilyul 2018-ci il tarixdə Ağstafa şəhər Səməd Vurğun adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə “Bu gün gərək hər anımız vətən desin” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilmişdir.
İlk öncə hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbiri Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq rayonda vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. Azərbaycan gəncinin qarşısında əsas vəzifələrdən ən mühümünün Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması olduğunu diqqətə çatdırdı. 
Tədbirdə bu ilin may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu, əsgər Tatarov Adil Əli oğlu prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə təltif olunduğu "Vətən uğrunda" ailəsinə təqdim olunub. Medalı şəhidin atasına təqdim edən əməkdar incəsənət xadimi Polkovnik Abdulla Qurbani Şəhid Adil Tatarovun keçdiyi şərəfli döyüş yolundan və vətən uğrunda göstərdiyi qəhrəmanlıq barədə ətraflı çıxış etdi. Azərbaycan ordusunun qüdrətindən, şəhid ailələrindən və Qarabağ əlillərinə göstərilən dövlət qayğısından geniş bəhs etdi.
  Şəhid atası Əli Tatarov çıxış edərək oğlunun yüksək ali medalla təltif olunduğu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, əminliklə bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə müqəddəs üç rəngli bayrağımız tezliklə bütün işğal onunmuş torpaqlarımızda dalğalanacaqdır.
Tədbir Müdafiə Nazirliyinin hərbi orkestrının və incəsənət nümayəndələrinin təqdimatında konsert, ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam etdirildi.

Keçidlər