Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 2018-ci ilin birinci yarım ili ərzində rayonun sosial- iqtisadi inkişafının yekunlarına dair iclas keçirilib

01 avqust 2018 | 11:00

2018-ci ilin birinci yarım ili ərzində Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Rayon Mədəniyyət Mərkəzində Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli sahibkarlar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı 08 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından geniş bəhs edib. Bu ilin birinci yarım ili ərzində Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmiş və respublikamız öz dinamik tempini saxlaya bilmişdir.  Daha sonra İcra başçısı cari ilin birinci yarımilliyi ərzində Ağstafa rayonunda görülən işlərdən, əldə olunan nəaliyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki,  ümumi məhsul buraxılışının həcmi 7.7 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 93.8 faiz,  kənd təsərrüfatı məhsullarının həcmi 36.3 faiz artmış, nəqliyyat xidmətində 6.1 faiz, rabitə xidmətində 8.5 faiz, ticarət sahəsində 8.5 faiz artım olmuşdur. 2018-ci ilin birinci yarım ili ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 366 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 526 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 18 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 1641 nəfər iştirak etmiş, 186 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 97-si həll olunmuş, 26-sının icrası davam etdirilir, 63 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.
Rayon İcra hakimiyyəti  başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunub ki, Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 4.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 11 faiz artaraq 273.30 manata çatdırılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 15.1 milyon manat olmuşdur. Ağstafa rayonu üzrə 2018-ci ilin birinci yarım ili  ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  602 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (563 nəfər) 93 .5 faizi daimi işlərdə işləyənlərdir.
Məsələlər ətrafında geniş müzakirələr aparılmış, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilmişdir.
İclasda həmçinin iri ölçülü ekranda hazırda layihələndirmə işləri aparılan “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni şəhərciyin slaydı nümayiş etdirilib. İcra başçısı layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, Ağstafada icra olunacaq bu cür növbəti möhtəşəm layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Şura iclası işgüzar şəraitdə keçib.

Keçidlər