Şriftin ölçüsü :

Saytın rəngi :

Təmir işləri davam etdirilən çoxmənzilli yaşayış binalarına baxış keçirildi

03 avqust 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda aparılan abadlıq, yenidənqurma tədbirləri uğurla icra olunmaqdadır. Görülən işlər çərçivəsində həmçinin rayonun yaşayış məntəqələrində olan çoxmənzilli yaşayış binaları təmir olunur, həyətləri və ətraf əraziləri abadlaşdırılır. Hazırda təmir-bərpa işləri aparılan binalardan Ağstafa şəhəri Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 saylı beşmərtəbəli, çoxmənzilli yaşayış binalarında işlər sürətlə davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə binalarda aparılan işlərə baxış keçirdi və müvafiq tapşırıqlarını verdi. Binaların sakinləri ilə görüşərək təmir işlərinə dair onların digər istək və təkliflərini qəbul etdi. İcra başçısı əlavə olaraq aidiyyəti üzrə həyətdə olan iki ədəd köhnə işıq dirəklərinin yenisi ilə əvəz olunması və müasir tipli işıqlandırma sisteminin quraşdırılması, həyətin müvafiq yerlərində sakinlər üçün istirahət guşələrinin yaradılması, yağış sularının həyətdə qalmaması üçün lazımı tədbirlərin görülməsi və digər bu kimi tapşırıqlarını verdi.
Görülən işlər çərçivəsində hər iki binanın dam örtükləri yenidən qurulmuş, 8 bloklu binaların giriş blokları, pilləkən meydançaları və pilləkən marşları keramit piltələrlə  üzlənmişdir. Giriş bloklarda mövcud olan pəncərə blokları plastik pəncərə blokları ilə əvəz edilmiş, kommunal xətlər  bərpa edilmişdir.
Sakinlər onlara göstərilən bu cür yüksək dövlət  qayğısına görə dərin minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər