Şriftin ölçüsü :

Saytın rəngi :

Briştonasda fəaliyyət göstərən xidmət və istehsal sahələri ilə yaxından tanış olunub

09 avqust 2018 | 11:00

Ağstafa rayonu ilə Litva respublikasının Briştonas şəhəri arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində  ağstafalı nümayəndələrin qarşı tərəfə səfəri uğurla davam edir. Müvafiq səfər proqramına uyğun olaraq Briştonasda fəaliyyət göstərən xidmət və istehsal sahələrinin, eləcə də  otellərin, sanatoriyaların, istirahət, idman və mədəniyyət mərkəzlərinin, kitabxana, uşaq bağçasının infrastrukturu ilə yaxından tanışlıq olub. “Taneta” səhiyyə avadanlıqlarının hazırlanması şirkətinə ekskursiya hər kəsdə xüsusi ilə yüksək təəssürat bağışlayıb. Burada məlumat verilib ki, şirkət  1989-cu ildə yaradılıb. Əsas fəaliyyət istiqaməti tibbi avadanlıqların istehsalıdır. Müəssisənin məhsulları həkimlər, mütəxəssislər və  həm də istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Ən yüksək avadanlıqlarla təchiz olunmuş mineral suların şüşə qablara doldurulması zavodundaki iş prosesi də ağstafalılar üçün böyük maraq doğurubdur.

Keçidlər