Şriftin ölçüsü :

Saytın rəngi :

“Saloğlu” mebel istehsalı müəssisəsində yeni layihələrinin icrası sürətlə davam etdirilir

15 avqust 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 16 oktyabr  2016-cı il tarixdə  Ağstafa rayonuna növbəti səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib. Dövlətimizin başçısı  “Saloğlu” mebel fabrikinin məhsullarına baxıb, müəssisənin yeni layihələri ilə tanış olduqdan sonra  “Modern” mebel fabrikini işə salıb. İki hektar ərazisi olan fabrik  7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub.
Daha sonra isə  möhtərəm Prezidentimiz  “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq  “Venzana” mebel fabrikinin təməlini qoyub. Hazırda bu yeni layihənin icrası istiqamətində işlər sürətlə davam etdirilir. Bu mebel fabriki isə 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

 

Keçidlər