Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Boks” idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

28 avqust 2018 | 11:00

Ağstafa rayon Gənclər və İdman idarəsi Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr edilmiş Boks idman növü üzrə açıq rayon birinciliyi keçirmişdir. Səməd Vurğun adına istirahət parkında təşkil olunan açıq birincilikdə Ağstafa idmançıları ilə yanaşı Qazax, Tovuz, Şəmkir, Bakı və Mingəçevir rayonlarının idmançıları da iştirak etmişdir. Birincilikdə 100-dən artıq idmançı iştirak edərək öz gücünü sınamışdır. Yarışın əsas məqsədi  rayondakı gəclərdə milli vətənpərvərlik ruhunun yüksəldilməsi və asudə vaxtlarını səmərəli istifadə etmələridir. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Qazax komandası 1-ci yeri, Ağstafa komandası 2-ci yeri və Bakı komandası isə 3-cü yeri tutmuşdur .Sonda qaliblər müvafiq diplom və medallarla təltif olunmuşlar

 

Keçidlər