Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu qəsəbəsində növbəti səyyar görüş

05 sentyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq qrafikə əsasən  yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Növbəti səyyar görüş Poylu qəsəbə sakinləri ilə keçirildi. Tədbirdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Rayon İcra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən geniş bəhs etdi. Ölkə rəhbərliyinin konkret tapşırıqlarına uyğun olaraq son illər Ağstafada həyata keçirilən geniş  abadlıq-quruculuq işlərindən, irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Bu istiqamətdə icra olunan tədbirlərin miqyasının ildən-ilə daha da genişlənməsi dövlətimizin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının təzahürü olduğunu qeyd etdi.
İcra başçısı sakinlərdən qəsəbədə mövcud problemləri və onları narahat edən istənilən məsələnin qaldırılmasını xahiş etdi. Öz təklif və müraciətlərini irəli sürən sakinlərdən İbrahim İbrahimov qəsəbənin mərkəzi hissəsində bir ədəd subartezian quyusunun qazılmasını, Eldar Cəfərov Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan sərhəd avtomobil yolunun qəsəbə ərazisindən keçən hissəsində avtobus dayanacağının quraşdırılmasını, Gülşən Cəfərova qəsəbədə yeni körpələr evi-uşaq bağçasının təsis edilməsini  ön plana çəkdilər. Vətəndaşların bu və digər təklif və müraciətlərini nəzarətinə götürən  rayon İcra hakimiyyətinin başçısı məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verdi.

 

Keçidlər