Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Qıraq Kəsəmən kənd sakinləri ilə keçirilib

07 sentyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayon İcra hakimiyyətinin başçısı  yerlərdə  vətəndaşların səyyar qəbullarını davam etdirir. Növbəti səyyar qəbul-görüş Qıraq Kəsmən kəndində keçirilib. Tədbirdə rayonun müvafiq idarə müəssisə və təşkilat rəhbərləri, rayon İcra hakimiyyəti başçısının müavinləri və aparatının şöbə müdirləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev qeyd edib ki, keçirilən bu cür səyyar qəbulların əsas məqsədi, sakinlərimizin əlavə vaxt itirmədən və əziyyət çəkərək rayon mərkəzinə gəlmədən onları narahat edən məsələlərin öyrənilməsi və operativ şəkildə həllinə nail olmaqdan ibarətdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, mövcud siyasi sabitliyindən, eləcə də Ağstafa rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, geniş abadlıq və quruculuq işləri barədə də ətraflı məlumat verildi. 
Səyyar görüşdə təklif və müraciətlərlə çıxış edən sakinlər Qıraq Kəsmən kəndində yerləşən tarixi abidələrin bərpa olunması, kəndə gedən avtomobil yolunun yenidən qurulması, yeni salınmış məhəllənin qazlaşdırılması və  bir ədəd subartezian quyusunun qazılması kimi məsələləri diqqətə çatdırdılar.
Qeyd olunan müraciətləri qəbul edən rayon İcra hakimiyyətinin başçısı bildirdi ki, irəli sürülən bütün müraciətlərdən xəbərdardır və məsələlərin  həlli istiqamətində rəsmi qaydada müvafiq  təbdirlər görülür. Yaxın zamanda isə Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan sərhəd avtomobil yolundan Qıraq Kəsəmənə gedən yol əsaslı şəkildə yenidən qurulacaqdır.

 

Keçidlər