Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada fəaliyyət göstərən “Karvan-L” EKO sənaye parkında işlər ahəngi ilə davam edir

10 oktyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılmış,  özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L”  EKO sənaye parkında işlər öz  ahəngi ilə davam edir. 19 oktyabr  2016-cı il tarixdə  dövlət başçısının Ağstafa rayonuna növbəti səfəri çərçivəsində sənaye parkında yaradılan şəraitlə tanış olarkən burada görülən işləri yüksək qiymətləndirmişdi.  Hazırda sənaye parkının layihəsinə uyğun olaraq   inşa olunmuş keramika dam örtüklərinin istehsalı  zavodu da fəaliyyətini genişləndirməkdədir.  İstehsal gücü sutkada  500 kv. metr olan zavodun məhsulları əsasən  xarici bazarlara ixrac ediləcəkdir. Müəssisə tam olaraq  fəaliyyətə düşdükdən sonra isə burada  150 nəfər daimi  işlə təmin olunacaqdır.   Sənaye parkında inşa olunan iki mərtəbəli satış mərkəzinin inşası da tamamlanmaq üzrədir.
Sənaye parkında polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də  üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir.

 

Keçidlər