Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada çoxmənzilli yaşayış binalarının təmir-bərpası tədbirləri uğurla icra olunur

12 oktyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin miqyası  ildən-ilə daha da genişlənməkdədir.  Bu istiqamətdə görülən işlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında da lazımi təmir-bərpa, abadıq və quruculuq  işləri həyata keçirilir, orada yaşayan sakinlərin kommunal şəraitlərinin yaxşılaşdırılması üçün zəruri addımlar atılır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa şəhəri R.Alıcanov küçəsi -7 ünvanında yerləşən 16 ailəlik çoxmənzilli  kommunal yaşayış binasına baxış keçirərək bina sakinlərini narahat edən problemləri öz dillərindən  öyrənib. Sakinlər binanın həyətinin abadlaşdırılması, işıqlandırılması,  xüsusi ilə payız və qış aylarında yağış sularının mənzillərə verə biləcək ziyanın qarşısının alınmasına  ehtiyac olduğunu vurğulayıblar. Sakinlərə bildirilib ki, planlı qaydada  Ağstafa rayonunun mərkəzində, eləcə də qəsəbə və kəndlərində təmir-bərpa, yenidənqurma  işləri aparılan digər yaşayış binaları  kimi sözü gedən binada da zəruri olan bütün işlər həyata keçiriləcəkdir.

 

Keçidlər