Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd olundu

02 noyabr 2018 | 11:00

2 noyabr 2018-ci il tarixdə Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, “İstiqlal” ordeni laureatı İsa Muğannanın (Hüseynov) anadan olmasının 90-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə mərkəzin önündə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra  mərkəzdə təşkil olunmuş sərgi ilə tanış oldular.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, akademik Nizami Cəfərov, İsa Muğannanın qızı Sevinc Hüseynova, şairə Cığatel xanım, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ədəbiyyatımızın inkişafına verdiyi böyük dəyər cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Cənab prezident İlham Əliyev “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 31 may tarixli Sərəncam imzalamışdır. Hər il ölkəmizin hər bir guşəsində bu günü Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. O, cümlədən İsa Muğannanın 90 illiyi Ağstafada da böyük izdihamla qeyd olunur. Cənab Məhərrəm Quliyev xalq yazıçısının həyat və yaradıcılığından bəhs edərək İsa Muğannanı müasir dövrün ən böyük yazarlarından biri kimi qəbul etdiyini bildirdi.
Sonra İsa Muğanna yaradıcılığı haqqında geniş söz açan millət vəkili, akademik Nizami Cəfərov İsa Muğannanın yazdığı əsərlərin yaradıcılığındakı qeyri-adilikdən, ruhlar aləminə sirayət edən detallardan danışaraq ustadın yaradıcılığının hələ bundan sonra çox araşdırmaçılarının olacağı qeyd etdi.
Daha sonra Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax Filialının kafedra müdiri, professor Hüseyn Xəlilov, rayon Ağssaqqallar Şurasının sədri Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Cığatel xanım, Ağstafa qəzetinin redaktoru İbrahim Əliyev və Muğanlı kənd sakini Fəxrəddin Səfiyev çıxış edərək bildirdilər ki, müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb.

 

Keçidlər