Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada stolüstü tenis üzrə turnir keçirilib

05 noyabr 2018 | 11:00

Ağstafa Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər 1 saylı tam orta məktəbin idman zalında stolüstü tenis idman növü üzrə yeniyetmə və gənclər arasında  Ağstafa rayon birinciliyi keçirilmişdir. Turnirin açılış mərasimində Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından geniş danışmış, rayon idmançılarının respublika və beynəlxalq yarışlarda əldə etdiyi naliyyətlər barəsində yarış iştirakçılarına ətraflı məlumat vermişdir. Birincilikdə 3 yaş qrupunda yeniyetmə, gənc və böyük yaşlı  idmançılar mübarizə aparmışlar.  Yarışın yekununda yüksək yerləri tutmuş idmançılar müvafiq diplom və medallar ilə təltif edilmişdir.

Keçidlər