Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Gənclər gününə həsr olunmuş tədbir möhtəşəmliyi ilə yadda qaldı

04 fevral 2019 | 11:00

Ağstafa şəhər Musiqi mərkəzində 2 fevral Gənclər  günü ilə əlaqədar keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər iştirak etmişlər. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə ulu öndərin abidəsi önünə gül dəstləri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişlər.      

Rayon rəhbəri bu əlamətdar günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladaraq, dahi liderin gənclərə həmişə böyük sevgi ilə yanaşdığını bildirmişdir. Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və idman nazirliyini yaratdığını qeyd etmişdir. İcra hakimiyyətinin başçısı bildirmişdir ki, Ağstafa gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu deyən Məhərrəm Quliyev hər bir gəncin əsas vəzifəsinin müstəqilliyimizi qorumaq və onu daha da möhkəmləndirmək olduğunu bir daha xatırlatmışdır. Dahi lider özünün uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gələcəyi ücün vacib olan hərbi kadrların yetişməsi məqsədilə hələ sovetlər dönəmində bu sahənin vacibliyini nəzərə alaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdur. Peşakar azərbaycanlı hərbcilər yetişdirilmiş və Qarabağ münaqişəsi zamanı Milli ordumuzun yaranmasında həmin hərbi kadrlardan istifadə olunmuşdur.

Məhərrəm Quliyev daha sonra «N» saylı hərbi hissənin fərqlənən 3 nəfər müddətli əsgərinə və bir qrup gəncə rayon icra hakimiyyəti başçısının müvafiq “Fəxri Fərman”larını təqdim etmişdir. 

Rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədri Elvin İmaməliyev, Saloğlu qəsəbə tam orta məktəbinin müəllimü Lamiyyə Mansurova, Dövlət Təhlükəsizlik Akademiyasının tələbəsi Elxan Məmmədli çıxış edərək bildirmişlər ki, məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir gənclərin forumunun keçirilməsi və ölkədə gənclər gününün təsis olunması reallığa çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması və dövlət quruculuğu prosesinə cəlb edilməsi gənclərdə müasir düşüncə tərzinin formalaşdırılmasına geniş imkanlar yaradır.

Çıxış edənlər Ağstafada gənclər üçün yaradılan yüksək şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.       

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər