Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti könüllü təlimlərini müvəfəqiyyətlə başa vuran dörd gəncə müvafiq sertifaktlar təqdim olundu

18 may 2020 | 11:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədi ilə o cümlədən   Ağstafa Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işləri davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tələblərinə uyğun olaraq bu gün Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə növbəti dörd nəfər könüllüyə sertifikatlar təqdim olunub. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvvəqqəti icra edən Lalə Eyyubova qeyd etdi ki, xüsusi karantin  dövründə könüllülərin   prospekt, küçə və digər mühüm ərazilərdə 65 yaşdan yuxarı sakinlərlə maarifləndirici söhbətlərin aparılması rayonumuzda koronavirusla mübarizə işlərində xüsusi əhəmiyyət kəsb etmişdir. L.Eyyubova ölkəmizdə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM)  fəaliyyətindən söz açaraq qeyd edib ki, AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.Təltif olunan gənclər  çıxış edərək bildirdilər ki, onların keçdikləri könüllü təlimlərinin xüsusi karantin dövrünə təsadüf etməsi və onların da ölkəmizdə  pandemiyaya qarşı aparılan mübarizədə pay sahibi olmaq imkanı əldə etmələri qürurverici hissdir. Könüllülər bütün ağstafalı gənclər adından   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə gənclərin dövlət orqanlarında təcrübə keçmələri üçün yüksək şəraitin yaradılmasına görə minnətdarlıqlarını ifadə etdilər. Onlar bildirdilər ki, bu sahədə topladıqları bilik və bacarıqlar onların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Keçidlər