Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc könüllü Aygün Allahyarova: “Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin işriakçısı olmaq qürurverici hissdir”.

18 may 2020 | 11:00

Bu gün Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında  könüllü təlimlərini müvəffəqiyyətlə başa vurmuş daha dörd ağstafalı gəncə qurumun müvafiq sertifakatları təqdim olunub. Təlimlərdə xüsusi fəallığı ilə seçilən könüllü Allahyarova Aygün Arzu qızı öz fikirlərini bölüşüb. Könüllümüz ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət qurumlarında təcrübə keçmələri üçün yaradılan yüksək şərait üçün könüllülərin adından dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini yüksək səviyyədə davam etdirməkdədir. Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə bütün qurumlarda fəaliyyət göstərən, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin könüllüləri xüsusi fəallıq nümayiş etdirirlər. Əslində bu hər birimizin vətəndaşlıq borcumuzdur.
Könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Biz könüllülər ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdə prospekt, küçə və rayonumuzun digər ərazilərində evlərini tərk etmiş  65 yaşdan yuxarı şəxslərlə maarifləndirici söhbətlər apardıq. Onları bütün təlimatlarla tanış etdik. Qısa müddət ərzində isə səylərimizin müsbət nəticəsini gördükdə və artıq ahıl yaşlı sakinlərimizin bayıra çıxmamaqlarının şahidi olduqda biz bu istiqamətdə işimizi daha da həvəslə davam etdirməyə başladıq.

Fürsətdən istifadə edib bütün ağstafalı gəncləri könüllü təlimlərində iştirak etməyi tövsiyə edirəm.

Keçidlər