Şriftin ölçüsü :

Saytın rəngi :

DAHA BİR AĞSTAFALI ŞƏHİDİMİZ, KOLXƏLFƏLİ KƏND SAKİNİ İSMAYILOV NAZİM ƏFQAN OĞLU İZDİHAMLA SON MƏNZİLƏ YOLA SALINDI

16 iyul 2020 | 11:00

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Ağstafa rayonunun Kolxəlfəli kənd sakini, əsgər, 1996-cı il təvvəllüldü  İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Bu gün şəhidimizin nəşi Kolxəlfəli kəndindəki evinə gətirilərək onunla vida mərasimi keçirilib. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov və Səməd Seyidzadə, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də qonşu rayonlardan gələn vətəndaşlarımız iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidimizin xalqımızın, torpağımızın uğrunda döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi sücayətdən söz açıb, ailəsinə başsağlığı verib və səbr diləyiblər. Nazimin izdihamlı dəfnində iştiak edən hər bir kəsin onların yanlarında olacaqlarını  bildiriblər. Sonra vətən uğrunda canından keçmiş Nazim İsmayılov, doğma kəndinin qəbirstanlığında torpağa tapşırılıb, məzarı üstünə tər qərənfillər və qızıl güllər düzülüb. İcra başçısı şəhidimizin tabutu üzərindəki bayrağımızı hazırda həqiqi hərbi xidmətdə əsgər olan qardaşı İsmayıl İsmayılzadəyə təqdim edib.
Hazırki vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər