Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən müharibəsi şəhidimiz MƏTLƏB ƏLƏSGƏROV

21 dekabr 2020 | 11:00

Ələsgərov Mətləb Vüqar oğlu, 18.07.1999-cu ildə Ağstafa rayonunun  Köçəsgər kəndində anadan olub. Orta təhsilini Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta məktəbində alıb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra  ADNSU-nun Qaz-neft mədən fakültəsinin Neft-qaz qurğuları mühəndisliyi ixtisasına qəbul olub. 2020-ci ildə ali təhsilini başa vurduğu universitetin magistratura pilləsinə qəbul olunur. Lakin vətənə olan borcunu ödəmək üçün təhsilini dondurub 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə  yollanır.
44 gün sürən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz  10 oktyabr  2020-ci ildə doğma kəndində izdihamla torpağa tapşırılıb. M.Ələsgərov, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

Keçidlər