Şriftin ölçüsü :

Saytın rəngi :

Qıraq Kəsəmən kəndində şəhid Sübhan Kərimovun xatirə bulağı inşa olunub

30 dekabr 2020 | 11:00

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində Vətən müharibəsində Şuşanın azad olunması uğrunda şəhid olmuş Sübhan Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bulaq inşa olunmuşdur. Bu mübasibətlə rayon ictimaiyyətinin nümayəndələrinin və şəhidin doğmalarının iştirakı ilə tədbir keçirilmişdir. İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmşdur. S.Kərimovun keçdiyi şərəfli döyüş yolundan geniş söz açılmışdır. Ailə üzvləri dövlətimiz tərəfindən hər zaman şəhid ailələrinə göstərilən yüksək qayğıya görə dərin minnətdarlıqlarının bildiriblər. Allah bütün şəh rəhmət eləsin.

 

Keçidlər