Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Vətən müharibəsi şəhidimiz Elnur Həsənovun xatirəsinə “Şəhidlər bulağı” inşa olunub

09 aprel 2021 | 11:00

Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsində inşa olunan “Şəhidlər bulağı”nda 44 günlük Vətən müharibəsinə könüllü qatılaraq şəhidlik zirvəsinə ucalan Həsənov Elnur Elman oğlunun xatirəsi əbədiləşdirilib. Bulaq kompleksinin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidimizin xatirə lövhəsi önünə tər qərənfillər düzüblər.
Seymur Orucov, şəhidin atası Elman Həsənov və digərləri çıxış edərək Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə, dövlət səviyyəsində göstərilən  diqqət və qayğıdan geniş söz açıblar.
Qeyd edək ki, Elnur Həsənov 15 sentyabr, 1992-ci ildə Ağstafa şəhərində anadan olub. O, Füzuli, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak edib. 8 noyabr, 2020-ci il tarixində Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə canını sipər edərək şəhadətə ucalıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunub.

Keçidlər