Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 28 May-Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib

28 may 2021 | 11:00

Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatının təşəbbüsü ilə 28 May-Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə Partiyanın Ağstafa rayonu üzrə ilk təşkilat rəhbərləri, üzvləri və rayonun fəal gəncləri iştirak ediblər. Onlayn tədbirə sədrlik edən YAP Ağstafa rayon təşkilatının aparat rəhbəri Tağı İmamverdiyev, Ağstafa şəhər 2 N-li tam orta məktəbin tarix müəllimi Dilşad Allahyarova, Köçəsgər kənd 1 N-li tam orta məktəbin tarix müəllimi Saqif Babayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin direktoru Teymur Əliyev və digərləri 103 il əvvəl xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May gününə dair geniş məruzələrlə çıxış ediblər.

 

Keçidlər