Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib

12 iyun 2021 | 11:00

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştiark ediblər. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Bayram münasibəti ilə açıq hava şəraitində təşkil olunmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların dövlətə, xalqa həsr etdikləri rəsmləri, eləcə də tarixi-mədəni eksponatlarımız nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik  15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən geniş bəhs ediblər.

Keçidlər