Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Elgün Əmirxan oğlu Abdullayevin oğul övladının 1 yaşı tamam olub.

02 oktyabr 2021 | 11:00

Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Elgün Əmirxan oğlu Abdullayevin oğul övladının 1 yaşı tamam olub. Bu münasibətlə şəhidimizin ailəsi ziyarət olunub.

01 aprel 1994-cü ildə anadan olan Elgün, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətən müharibəsində savaşıb. Elgün Abdullayev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!

 

Keçidlər