Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya Günü münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında tədbir keçirilib.

12 noyabr 2021 | 11:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və müvafiq təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

 

Keçidlər