Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu qəsəbəsindən olan Vətən müharibəsinin könüllü döyüşçüsü Asəf Mehman oğlu Məmmədovun şəhidlik zirvəsində birinci ildönümü qeyd olunub.

17 noyabr 2021 | 11:00

Şəhidimizin doğma evində ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Asəf 01.07.1995-ci il tarixində Poylu qəsəbəsində anadan olub. Bir çox oğullarımız kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan Vətənimizin haqq savaşına könüllü olaraq qatılıb. 44 günlük Vətən müharibəsinin ən qızğın döyüşlərindən olan Füzuli və Şuşa döyüşlərində qəhrəmancasına vuruşub. Doğma Poylu qəsəbəsində dəfn olunan şəhidimiz  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər