Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib

27 dekabr 2021 | 11:00

Ağstafada 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, Vətən müharibəsi şəhidlərimizin ailə üzvləri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təsis etdiyi və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını əlaqələndirən, onlar arasında ideoloji birlik yaradan Həmrəylik Gününün əhəmiyyətindən, eləcə də 2021-ci ildə ölkəmizin əldə etdiyi yüksək nəaliyyətlərindən geniş bəhs ediblər.
Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında bayram konserti ilə davam etdirilib.

Keçidlər