Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 91 İLLİYİNƏ HƏSR OLUNMUŞ “Bilik yarışması”na start verildi

17 aprel 2014 | 10:00

16 aprel 2014–cü il tarixində Heydər Əliyev Muzey-Mərkəzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 65 saylı Sərəncamına uyğun olaraq rayonun ümumtəhsil məktəbləri arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş “Bilik yarışması”na start verilmişdir.
Yarışda rayonun ümumtəhsil məktəblilərindən 12 komanda iştirak edir. Maraqlı və gərgin mübarizə şəraitində keçən ilk mərhələdən sonra növbəti tura Dağ Kəsəmən kənd 1 saylı, Zəlimxan və Köçəsgər kənd tam orta məktəblərin komandaları vəsiqə əldə etmişlər.
Yüksək yerləri tutacaq komandalara Ağstafa rayonu İcra hakimiyyətinin  “Fəxri Fərman”ları və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Keçidlər