Şriftin ölçüsü :

Saytın rəngi :

“Karate-Do” idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir

27 oktyabr 2014 | 11:00

   Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı orta məktəbin idman zalında   “Karate-Do” idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
   Birincilikdə Ağstafa idmançıları ilə yanaşı Bakı, Sumqayıt Gəncə şəhərlərinin və Qazax, Ağcabədi rayonlarının komandaları da iştirak etmişdir. Yarışa ümumilikdə 100    nəfərdən artıq idmançı qatılmışdır.
   Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin yekun nəticəsi olaraq komanda hesabı ilə Sumqayıt şəhər komandası 1-ci yerə, Ağstafa rayon komandası 2-ci yerə, Ağcabədi rayon komandası isə 3-cü yerə layiq görüldülər.  Qaliblər müvafiq diplom və kuboklarla təltif olundular.

Keçidlər