Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təmizlik işləri sürətlə davam etdirilir

18 aprel 2015 | 10:00

Bu gün Ağstafa rayonunda növbəti genişmiqyaslı təmizlik işləri həyata keçirildi. Yazın gəlişi münasibəti ilə yaşıllıqlara xüsusi qulluq göstərildi. Tədbirdə rayonun müəssisə, idarə və təşkilat kollektivləri iştirak edirdi. Ağstafa şəhərinin prospekt və küçələrində, avtomobil yollarının kənarlarında ağaclar dibləri şumlanaraq suvarıldı.
Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər