Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilir

29 may 2015 | 10:00

Ağstafa rayonunun 34 tam orta ümumtəhsil məktəblərindən 29-da bu gün cari tədris ilinin bitməsi münasibəti ilə “Son zəng” tədbirləri keçirilmişdir. Digər  5 məktəbdə isə sabah keçiriləcəkdir.
Bu münasibətlə bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri  Ağstafa şəhər 2 saylı tam orta məktəbində keçirilən “Son zəng” tədbirində iştirak etmişdir.  İlk öncə qonaqları məktəbin məzunları və 1-ci sinif şagirdləri gül-çiçəklə qarşıladılar. Birincilər şerlər səsləndirdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  bu münasibətlə müəllimləri, valideynləri, məzunları və birinciləri təbrik etdi, onlara gələcək işlərində böyük uğurlar,  müvəffəqiyyətlər arzu etdi. Qeyd olundu ki, Ağstafada məktəblərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ildən bəri 15 yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi təmin edilmişdir.  Ötən dərs ilində təlim-tərbiyə prosesində keyfiyyət amili ön plana çəkilmiş, şagirdlərin daha keyfiyyətli bilik əldə etmələri üçün müvafiq tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi təmin olunmuşdur. Bunun nəticəsidir ki, bir nəfər şagirdimiz Cəfərov Qismət qızıl medala, bir nəfər Ayralov Zaur Prezident təqaüdünə layiq görülmüşdür. İlin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iki müəllimimiz və iki məktəbimiz qalib olmuşdur. Cənab Məhərrəm Quliyev məlumat üçün bildirdi ki, cari tədris ilində 1180 nəfər uşağın 1-ci sinfə qəbul ediləcəyi, 806 nəfər şagirdinsə məzun olacağı gözlənilir. O, ildən-ilə ali məktəblərə daxil olan məzunlarımızın sayının artacağına inandığını bildirdi.
Sonra tədbirdə müəllimlər, valideynlər və şagirdlər çıxış edərək rayonumuzun təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir məktəblilərin təqdim etdiyi musiqili proqramla davam etdirildi.

Keçidlər