Şriftin ölçüsü :

Saytın rəngi :

Qırılı kəndində növbəti səyyar qəbul-görüş

02 iyul 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı çənab Məhərrəm Quliyev rayonumuzun Qırılı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi. Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Əvvəlcə Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Qurbanov Qırılı kəndi barədə içlas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Musa Həbibov Qırılı kəndındə Cağallı məhəlləsini suvarma suyu ilə təmin edən suvarma arxının genişləndirilməsinə ehtiyac olduğunu qeyd etdi.

2. Azadə Bayramova Qırılı kəndinin elektrik təsərrüfatının yaxşılaşdırılması barədə danışdı.

3. Şükür Tağıyev Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.

4. Xalıdə Allahverdiyeva Qırılı  kənd 1 saylı körpələr evi uşaq baxçasının təmiri və istilik sisteminin quraşdırılmasını xahiş etdi.

5. İntizam Nağıyev pay torpaqlarına gediş-gəlişin asanlaşdırılması üçün keçidlərin quraşdırılmasına ehtiyac olduğunu vurğuladı.

6. İbrahim Məsiyev kəndarası yollarda təmir işləriniun aparılması barədə danışdı.

7. Sultan İbrahimova mərkəzi avtomobil yolundan  Qırılı  kəndinin mərkəzi hissəsinədək olan yola asfalt örtüyünün salınmasını xahiş etdi.

8. Famil Zeynalov ona məxsus pay torpağının bir hissəsinin zəbtdən azad olunmasına köməklik edilməsini xahiş etdi.

9. Gühər Həsənova kəndin Mansırlı məhəlləsinə içməli su xəttinin çəkilməsinin vacıbliyini qeyd etdi.

10. Sürəyya Rzaquliyeva yaşadığı mənzilə elektrik xəttinin çəkilməsini xahiş etdi.

11. Hamlet Allahverdiyev Qırılı kəndində istirahət parkının təşkil edilməsinə ehtiyac olduğunu vurğuladı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Qırılı kənd 1 saylı körpələr evi uşaq baxçasında təmir işlərinin aparılması və istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər