Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi və İncəsənət Mərkəzinin tikintisindən son görüntülər

17 avqust 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli  “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Qısa zaman ərzində inşaatçılar tərəfindən binanın tikintisində xeyli işlər görülmüş, mərkəzin dəmir beton karkas sistemi quraşdırılmışdır. Mərkəzin  konsert salonunun dam örtüyü qoyulmuş, binaya  arxitektur baxımdan gözəllik verən arxa fasad hissəsi tamamlanmışdır. Hazırda binanın sinif otaqları, zal və foyesində, eləcə də yardımçı otaqlarda daxili tamamlama işləri aparılır. Tikintidə layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.

Keçidlər