Şriftin ölçüsü :

Saytın rəngi :

Soyuqbulaq qəsəbəsinə təbii qaz verildi

27 avqust 2015 | 10:00

Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində təbii qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, ”Azəriqaz”İB-nin məsul işçisi İbrahim Kəlbalıyev, Şəmkir RQİ-nin rəisi Rasim Zeynalov, Ağstafa rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, idarə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə təbii qazın verilməsi münasibəti ilə qəsəbə sakinlərini təbrik etdi. Qeyd olundu ki, son illərdə respublikamızda sürətli sosial-iqtsadi inkişaf həyata keçirilir, ölkəmizdə mühüm nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Ağstafa rayonunda genişmiqyaslı  tikinti-quruculuq və abadlıq işləri aparılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun  yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Bildirildi ki, Soyuqbulaq qəsəbəsinə qazın verilməsi ilə rayonun 30 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu.  Rayonda qazlaşmanın səviyyəsi 80 faizə çatmışdır. Soyuqbulaq qəsəbəsində 215 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılmış, 9348 p/metr polietilen boru ilə daşıyıcı, 14315 p/metr dəmir boru ilə paylayıcı qaz xətti çəkilmişdir.
Daha sonra tədbirdə çıxış edən qəsəbə sakinləri də qəsəbəyə təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda şəhid atası Abdulla Mustafayev  qəsəbəyə təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdı.

Keçidlər