Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun daha 3 yaşayış məntəqəsinə təbii qaz verildi

25 noyabr 2015 | 11:00

Ağstafa rayonunun Köçvəlili kəndi, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Şəmkir Regional Qaz İdarəsinin rəis müavini Ceyhun Abdullayev və baş mühəndisi Məzahir Hüseynov, Ağstafa rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, idarə və təşkilat rəhbərləri, kənd və qəsəbə sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Qeyd olundu ki, son illərdə respublikamızda sürətli sosial-iqtisadi inkişaf müşahidə olunur, ölkəmizdə mühüm enerji, nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Ağstafa rayonunda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2014-2018-ci illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Bildirildi ki, cari ildə rayonun Kür çayının sol sahili deyilən ərazisində yerləşən yaşayış məntəqələrinin qazlaşması prosesinə start verilmişdir. Son aylarda Saloğlu və Soyuqbulaq qəsəbələrinə qazın verilməsi təmin edilmişdir. Köçvəlili kəndi, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrinə qazın verilməsi ilə rayonun 34 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş olur. Rayonda qazlaşmanın səviyyəsi 87,0 faizə çatmışdır. Köçvəlili kəndində 225, Soyuqbulaqlar qəsəbəsində 33 və Həzi Aslanov qəsəbəsində isə 54 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Köçvəlili kəndində 18906 p/m, Soyuqbulaqlar qəsəbəsində 2560 p/m və Həzi Aslanov qəsəbəsində 4870 p/m polietilen boru və dəmir boru ilə daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir.
Daha sonra tədbirdə çıxış edən kənd və qəsəbə sakinləri də yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Şəmkir RQİ-nin baş mühəndidsi M.Hüseynov və Milli Qəhrəman R.Alıcanovun qardaşı Ramiz Alıcanov kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdılar.

Keçidlər