Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilinin başlanması münasibəti ilə tədbirlər keçirildi

15 sentyabr 2016 | 11:00

Yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə Ağstafa rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin də iştirakı ilə keçirilən tədbirlərdə yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagird kollektivləri təbrik edilmiş, ölkəmizdə təhsilin inkişafına göstrəilən dövlət qayğısından danışılmışdır. Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Ağstafa rayonunda 14 yeni məktəb binası inşa edilmiş, bir sıra məktəblərdə əsaslı təmir işləri yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın göstərdikləri dəstək və qayğı  ölkədə təhsili yeni inkişaf mərhələsinə qaldırmışdır. Respublikanın bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da təhsil sahəsində qazanılan uğurlar ildən-ilə artır. Təhsil sahəsində həyata keçirilən islahatlar və göstərilən qayğı cari tədris ilini daha yüksək nəticələrlə başa vurulacağına əminlik yaradır.
Yeni dərs ilinin başlanması münasibəti ilə keçirilən tədbirlər məktəb kollektivlərinin Bilik Gününə həsr etdikləri bədii-musiqili proqramlarla davam etdirildi.

Keçidlər