Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏRİN XATİRƏSİNƏ həsr olunmuş veloyürüş keçirildi

10 may 2017 | 11:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Ağstafada ənənəvi veloyürüş keçirildi. Veloyürüşə Ağstafa şəhəri H.Arif küçəsində Heydər Əliyev Mərkəzinin önündən start verilmiş, Heydər Əliyev prospekti, Rafiq Alıcanov, Hüseyn Arif  küçələri  boyunca davam edərək Heydər Əliyev adına mədəniyyət və istirahət parkının önündə yekun vuruldu.
Yekunda finiş xəttini Rəhimli İbrahim Cəbrayıl oğlu 1-ci, Surxaylı Hüseyn Aslan oğlu 2-ci, Əhmədli Tahir Zaur oğlu  3-cü keçdilər. Qaliblərə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş mükafatlandırma mərasimində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müvafiq “Fəxri Fərman” və hədiyyələr təqdim etdi.

Keçidlər