Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

Ağstafa rayonunun əhalisi 01.01.2020-ci il tarixə 88 458 nəfər təşkil edir. Rayon əhalisinin 21 817 nəfəri  şəhərdə, 66 562 nəfəri kənddə yaşayır. Rayon əhalisinin 43 562 nəfərini kişilər, 44 817 nəfərini qadınlar təşkil edir.


Rayon əhalisinin milli tərkibində azərbaycanlılarla yanaşı rus, gürcü, kürd, türk və digər millətlərin nümayəndələri də vardır. Hazırda məşğul əhalinin sayı 45 338 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 17 795  nəfər, sənayedə çalışanların sayı 334 nəfər, tikintidə 474 nəfər, təhsildə 3726 nəfər, səhiyyə və sosial ximət sahəsində 1105, kreditləşmə 22, idarəetmə orqanlarının aparatında 324, mənzil təsərrüfatı sahəsində 127, nəqliyyat, rabitə sahəsində 1048, digər sahələrdə 18 994 nəfər və s.saydadır.   Rayonda həmçinin 1507 nəfər Müharibə Veteranı, 22 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 90 nəfər Qarabağ müharibəsi əlili, 45 nəfər Əfqanıstan Müharibəsi Veteranı vardır. Rayonun 5 nəfər sakini Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 77 ailə (223 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayon ərazisində məskunlaşmış qaçqınların ümumi sayı 457 ailə, 1698 nəfərdir.

Keçidlər