Yusfili Azər Nazim oğlu
Vətən müharibəsi zamanı şahadətə yüksəlib Qarabağı bizə qaytaran oğullarımızdan biri də Azər Nazim oğlu Yusiflidir. O, 1994-cü ildə mart ayının 28-i Ağstafa rayonun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə daxil olan Azərin ibtidai sinif müəllimi elə öz anası Yeganə Məmmədova olub. Azər 2012-ci ilin aprelində hərbi xidmətə yollanıb və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsi ilə xidmət edib.
Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edib və işə qəbul olunub. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin N saylı hərbi hissəsində başlayıb. Xidmətdə fərqləndiyinə görə, Azər dəfələrlə hərbi hissənin komandiri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndəriblər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər üstünlüklər qazana bilib.
2020-ci ilin iyulunda Qəhrəmanımız Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus, xüsusi təlim keçmiş “xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütün torpaqların azad olunması üçün ön sırada xidmətə yollanıb.
Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışıblar. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb.
Döyüş yoldaşı Xəyal Namazov: “Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə ifadə edə bilmərəm. Hər dəfə döyüşlərdə erməniləri öldürdükcə “Bu da Xocalının heyfidir!” deyirdi...”
Müharibənin ilk həftəsində Azər yaralanıb və hospitalda müalicə almalı olub. Həkimlər deyir ki, gecə-gündüz növbə çəkir, onu saxlamağa çalşıblar. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüşə -cəng meydanına qayıdıb.
Azərin döyüş yoldaşı Vüqar Zamanov: “Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr uzaqlıqdakı tibbi xidmət məntəqəyə çatdırdı".
Son döyüşdə bizimkilər ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürdülər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürüb, 42 nəfərini isə məhv edib. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanıb. Məsafə uzaq olduğuna görə, tibb məntəqəsinə təxliyə olunana qədər hədsiz qan itirmədən şəhid olub.
Nişanlısı Songül xanım Azərin yoxluğuna heç cür inana bilmir:
“Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” deyərək gülə-gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. O torpaqlara nə vaxtsa gedə biləcəyimi bilmirəm. Nə üçün gedərəm... Bəlkə də bir ümid aparar - Səni taparam deyə... Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla...”.
Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Vətən savaşının bitdiyi, Ermənistan tərəfinin kapitulyasiyaya - təslim olma aktına əyilməyə məcbur olduğu, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı Azərin - Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixində Songül xanım Azərə yazıb:
“Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu... Mənim borcum isə son nəfəsimə qədər sənin adına, sevginə - Sənin ucalığına layiq yaşamaq... Əgər bunun adı yaşamaqdırsa... Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”.
Döyüş yoldaşlarının çəkdiyi maraqlı bir video görüntü var. Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə “milli qəhrəman” elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır və tapdalayır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi bir divar kağızına doğru gedir. Hayların xülyalarında, miflərində yaratdığı Böyük Ermənistan xəritəsini və tarixi abidələrin şəklini divardan söküb ayaqlayır, əzdikcə bu da “şərəfsizlərin məktəbi” deyir.
Döyüş yoldaşlarının sözlərinə görə, Azər hər erməni öldürdükcə bu da “Xocalının hayıfı!" - deyirdi. Azəri gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi.
Azər sağlığında "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilmişdi. Ölümündən sonra isə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallları ilə təltif olunub.