Şriftin ölçüsü :

Saytın rəngi :

Abdullayev Elgün Əmirxan oğlu

 
2021/05/Scree-1621842660.jpg

line
Soyad: Abdullayev
Ad: Elgün
Ata adı: Əmirxan
Doğum tarixi: 01.04.1994
Şəhid olub: 09.11.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
 
Elgün Əmirxan oğlu Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2000-2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.

2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Vətən Müharibəmiz zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhadətə qovuşub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Keçidlər