Şriftin ölçüsü :

Saytın rəngi :

Bəşirov Akif Vahid oğlu

 
2021/01/63gun-1612000693.jpg

line
Soyad: Bəşirov
Ad: Akif
Ata adı: Vahid
Doğum tarixi: 08.11.1988
Şəhid olub: 08.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
 
 

Bəşirov Akif Vahid oğlu 8 noyabr 1988-ci ildə Ağstafanın Soyuqbulaq qəsəbəsində anadan olub.


İlk təhsilini həmin qəsəbədəki tam orta məktəbdə alıb. 2007-ci ildə Füzulidə N saylı hərbi hissədə xidmətə başlayıb. 2009-cu ildə hərbi xidməti uğurla bitirib, çalışmaq üçün Bakıya yollanıb. Paytaxtda müxtəlif sahələrdə özünü sınasa da, sonda interyer dizayner peşəsinin sirlərinə yiyələnməyi qərara alır.
Qısa zamanda işinin peşəkarı kimi tanınır, bu sahədə uğurlar qazanır. Lakin Akifin qəlbində ən böyük səs "vətən məni çağırır" səsi olur. Onun ən böyük arzusu və məqsədi Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq olub. "Müharibə olsa, mütləq gedəcəm. Vətən uğrunda döyüşmək istəyirəm, şəhid olmaq mənim üçün ən böyük şərəfdir", - deyirdi Akif. 


27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün Akif Ağstafaya yola düşür. 29 sentyabrda Səfərbərlik və hərbi xidmətə çağırış idərəsinə müraciət edir və könüllülər ordusuna yazılır. İdarədə onun arxa cəbhədə xidmət edəcəyini söyləyirlər. Lakin Akif bununla razılaşmayıb ön cəbhədə döyüşmək istədiyini bildirir. Uzun sürən cəhdlərdən sonra Akifin istəyi nəzərə alınıb, onu ön cəbhəyə yazırlar. O, Qarabağ səngərlərində düşmənlə üz-üzə vuruşmağa tələsirdi, hətta bir həftəlik hərbi təlimi keçməyə də razı olmadı, birbaşa döyüşə yollanır. 40 nəfərlik batalyonla birgə Tərtərin Suqovuşan kəndinə yola düşür. Orada Akif 3 gün qızğın döyüşlərdə iştirak edir. 8 oktyabr onun son döyüşü olur. O, mənfur düşmənin səngiməyən atəşlərinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır. Ağstafa rayonu Soyuqbulaq kəndinin ilk şəhidi olmuş və Oktyabrın 13-də orada Şəhidlər xiyabanında dəfn olunub.


Şəhid Bəşirov Akif ölümündən sonra Suqovuşanın azad olunması üçün göstərdiyi qəhrəmanlığa görə "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur. 


Cəbhədə döyüşərkən Akifin ən böyük arzusu Şuşada bayraq sancmaq idi. Bunu görmək ona nəsib olmasa da, Şuşanın qələbə günü Akifin doğum gününə, 8 noyabra təsadüf etdi. Bu, Tanrıdan Akifin ruhu üçün ən böyük lütf idi



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Keçidlər