Əhmədov Mahmud Fərman oğlu
Laçın uğrunda şəhadətə ucalan cəsur döyüşçülərimizdən biri də tankçı Mahmud Əhmədovdur. Vətən uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edən Mahmud qələbə sevinci doyunca yaşaya bilməyən qəhrəmanlarımızdandır.
Mahmud 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub. Əvvəlcə Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli məktəbdə, daha sonra Texniki Humanitar təmayüllü liseydə təhsil alıb. Bir müddət sərbəst işlə məşğul olduqdan sonra hərbi xidmətə yola düşüb. Əsgərliyi başa vurub, evə qayıdıb. Öz istəyi ilə imtahan verərək müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Bir müddət Şəmkirdə, sonra Ağstafa rayon Qırılı kəndində, N saylı hərbi hissədə xidmət göstərib. Ordan isə Mingəçevirə ezam olunub.
2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində qəhrəmancasına iştirak edib. 2018-ci ildə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azadlığı uğrunda Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Lakin o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də isə Laçın rayonu istiqamətində gedən şiddətli döyüş zamanı idarə etdiyi tankın düşmən hədəfinə tuş gəlməsi nəticəsində Mahmud şəhidlik zirvəsinə ucalıb.
Mahmud Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
O şəhid olan gün anası hiss edib. Gecə qəfil oyanıb, balama nə isə olub deyərək səhərə qədər ağlayıb. Sonra Mahmudun şəhidlik xəbəri gəlib. Atası deyir ki, Mahmud tankını çox sevərmiş: “Öz ailəsindən çox tankını istəyirdi. Yaralananda dedik, getmə, cavab verdi ki, bəs tankımı kimə əmanət edim? Füzuli, Laçın, Tərtər döyüşlərində iştirak edib. Şuşada da olub, lakin şəhərə girməyiblər. Sonra Laçın istiqamətində irəliləyiblər. Şuşa əlbəyaxa döyüşlərlə işğaldan azad edilib deyə, texnikaya ehtiyac qalmayıb. Oraya piyada əsgərlərimiz girib. Laçının bir neçə kəndini alıblar. Günorta 11-12 radələrində şəhidlik zirvəsinə ucalıb. Bir qazi var, oğlumla bir yerdə döyüşüb. Deyir, ölümdən qurtulmağımıza Mahmud və Arzu adlı tankçı kömək edib. Onları atəş altından çıxarıb. Mahmud ilk dəfə yaralananda onun heyətindən iki nəfər şəhidlik zirvəsinə ucalıb. Onların nəşlərini təkbaşına çıxarıb. Hadrutun azad edilməsində şücaətləri olub. Kəndlərin çoxunun alınmasında iştirak edib. Sonuncu döyüşdə Mahmudun yaralı olduğunu bilməyiblər, hərbi hissədə sarğını açırmış, vuruşmağa gedəndə sarıyırmış”.
Şəhidin həyat yoldaşı Zəhra xanım deyir: “Mən də şəhid qızıyam, hər zaman hərbi formaya böyük hörmətim olub. Yoldaşımı da elə sevmişəm. Gözəl ailə başçısı idi. O mənə həm ata, həm qardaş, həm yoldaş olub. Həmişə deyirdi, atanın adına layiq ol. Atamın şəhid adı ona çox xoş idi. Özü də qızına o uca mərtəbəni bağışladı. Şəhid övladı və həyat yoldaşı olmaq qürurvericidir. Amma yoxluqlarına öyrəşmək çətindir. Qızına çox bağlı idi. Elə qızı hər gün atam gəlir deyə yol gözləyir. O uşağın gözünü yoldan necə yığım bilmirəm...
Mahmudun şəhadətindən 3 ay sonra bir qızı da dünyaya gəlib. Körpəyə atasının arzuladığı ad qoyulub, Mələk.