Şriftin ölçüsü :

Saytın rəngi :

Ələkbərov Məhəmmədəli Bayram oğlu

 
2021/05/memme-1622373452.jpg

line
Soyad: Ələkbərov
Ad: Məhəmmədəli
Ata adı: Bayram
Doğum tarixi: 15.10.1990
Şəhid olub: 21.10.2020
Rütbə: Gizir
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Zəngilanın azad olunmasına görə» medalı
 
Ələkbərov Məhəmmədəli Bayram oğlu 15 oktyabr 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Məhəmmədəlinin ilk xidmət yeri olan Lənkəran sərhəd dəstəsinin 4-cü sərhəd zastavasında çalışqanlığı, xidmətə münasibəti ilə seçilib.

2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edən Məhəmmədəli hər zaman inadla öz üzərində işləyib, intizamı ilə seçilib. 19 fevral 2019-cu ildən xidmət yerini Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilən Məhəmmədəli cəlb olunduğu təlimlərdə bilik və bacarığını təkmilləşdirib. Fiziki cəhətdən sağlam və güclü olan Məhəmmədəli ona verilən ən çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlirdi.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cərayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda bir sıra uğurlu əməliyyatlarda iştirak edib.İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində Məhəmmədəli xüsusilə fərqlənib. 21 oktyabr 2020-ci ildə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı göstərdiyi rəşadətə görə gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarıilə təltif olunmuşdur.
22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib.

Ailəli idi. 2 övladı var.
 

 

Keçidlər