Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli Elçin Vaqif oğlu

 
2021/04/360px-1619778894.jpg

line
Soyad: Həsənli
Ad: Elçin
Ata adı: Vaqif
Doğum tarixi: 16.06.1993
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Şəhid Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyun ayının 16-da Ağstafanın Həsənsu kəndində doğulub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Elektrotexnika ve Energetika” fakültəsinə daxil olub. Həmin universiteti 2014-cü ildə “Elektrik mühəndisliyi” ixtisası üzrə bitirib.

2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə “Elektrik mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirən Elçin 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, orada da fərqlənib: komandirlərinə yaxşı əsgər, əsgərlərə yaxşı yoldaş, qardaş olub.

2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb.

2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda “ASAN Xidmət”in əməkdaşı olub.

2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olub. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayınlanıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.

“Elçin bacarıqlı, işgüzar, hər yerdə özünə hörmət qazanan, hamının yerini bilən oğul idi. Şəhid olan vaxt ürəyinin üstündən Azərbaycan bayrağı tapılıb. Elçin bizim qürurumuzdur”, - anası deyir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Keçidlər