Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Elnur Elman oğlu

 
2021/04/485px-1619711676.jpg

line
Soyad: Həsənov
Ad: Elnur
Ata adı: Elman
Doğum tarixi: 15.09.1992
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Elnur Həsənov 1992-ci il sentyabrın 15-da Ağstafa şəhərində anadan olub. 1999-2010-cu illərdə Ağstafa şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb.Elnur Həsənov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Həmin illərdə kiçik çavuş, manqa komandiri kimi fəaliyyət göstərib.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Həsənov noyabrın 8-də, Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Habelə, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Keçidlər