Məmmədli Turan Raqif oğlu
Turan Məmmədli 1993-cü il dekabrın 7-də Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 2000–2011-ci illərdə N. Həmzəyev adına Göycəli kənd tam orta məktəbində təhsil alıb. Turan Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Turan Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" hərbi rütbəsi altında xidmətini davam etdirib.
Turan Məmmədli Vətən müharibəsində Fizuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. O Xocavənd ətrafında keçirilən hərbi əməliyyatda şəhid olub. Zəfər günündən 20 gün sonra nəşi torpağa tapşırılıb. Düşmənin çox sayda canlı qüvvəsini məhv etdiyinə görə "Vətən Uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Dəfnindən sonra onun məzarını ziyarətə döyüş yoldaşları da gəlib. Döyüşlərdən birində ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədov Turanın vətənpərvər dost, gülərüz, döyüşkən ruhlu bir hərbçi olduğunu deyib:
“Turanı 5 ildir tanıyıram. Bir yerdə xidmət keçmişik. Ən yaxın sirdaşım olub. Müharibə başlayanda da döyüşlərə bərabər girdik. O insanın üzündən heç zaman təbəssüm əskik olmurdu. Qələbədən sonra toyu olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti var idi. Məni buraxmadı ki, məzuniyyətə birgə çıxarıq, toyumda kömək edərsən. Müharibənin gedişində sanki ürəyinə dammışdı şəhid olacağı. Telefonunun kodunu dedi mənə, nişanlısı ilə şəkillərinin yerini dedi. Sevinirdi ki, nişanlıyam, yaxşı ki hələ toyum olmayıb” - deyə Turanla keçirdiyi son günlərdən danışıb.
Turanın komandiri olan Sübhan Allahverdiyev də döyüşlərdə yaralanıb. Onun sözlərinə görə, Vətən müharibəsi başlayanda Turanın sevincinin həddi-hüdudu olmadığını söyləyib.
“Arzusu idi. Deyirdi, komandir sizinlə bərabər taqımımla, əsgərlərimlə azad olunmuş torpaqların hamısına ayağımın dəyməyini istəyirəm. Xidməti dövründə birinci özü can atırdı tapşırıqlara. Onun taqımı həmişə birinci yerdə olub” - deyə şəhid dostunu yada salıb.
Şəhidin atası Raqif Məmmədov deyir ki o oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb.
“Mən övladlarımı vətənpərvər böyütdüm. İki oğlum hərbçi oldu. Turan həmişə Vətənin azad olunmasından söhbət edirdi. Biz deyirdi onları ordan çıxarmalıyıq. Oktyabrın 7-si danışdıq. Torpaqlarımızın alınmasına sevinirdi. Elə həmin gün də şəhid oldu“ - şəhid atası deyib .
Şəhidlərin əziz xatirəsi onların döyüş meydanında göstərdiyi igidliklər heç zaman unudulmayacaq. Şəhidlərimizin, qazilərimin qəhrəmanlıqlarını Azərbaycanın müasir qəhrəmanlıq salnaməsinə çevriləcək.